Azərbaycanın cənub bölgəsinin füsunkar təbiəti, münbit torpağı və subtropik iqlimi ilə seçilən Lənkəranda yerləşən Gold Kivi MMC
yüksək keyfiyyətli və tam orqanik kivi istehsalı istiqamətində fəaliyyət göstərən müasir aqrar layihədir.Dağların saf havası, göllərin yaratdığı əlverişli mikroiqlim və Lənkəranın təbii zənginlikləri arasında yerləşən 17 hektarlıq kivi bağı 2023-cü ildə salınmışdır.
HEKTAR
ÖLKƏYƏ İXRAC
Gold Kivi bağı Lənkəranın əlverişli subtropik iqlim zonasının mərkəzində yerləşir. 17 hektarlıq intensiv plantasiyada hər ağac maksimum məhsuldarlıq üçün xüsusi sxem üzrə əkilmişdir.
Gold Kivi-də məhsulun keyfiyyəti heç vaxt təsadüfə buraxılmır. Biz istehsal prosesinin hər mərhələsində təbiətin tarazlığını qorumağa üstünlük veririk.
Gold Kivi bağlarına Azərbaycan və İtaliyadan olan peşəkar aqronomlar birlikdə nəzarət edirlər. Bitkinin inkişafı, torpağın vəziyyəti, budama, qidalanma və məhsulun formalaşması hər mərhələdə mütəxəssislər tərəfindən izlənilir.
Bağımızda yalnız Hayward sortu yetişdirilir. Bu sort dünyanın premium kivi bazarında ən çox tələb olunan növlərdən biri hesab olunur.